Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayon ərazisində yerləşən restoranların birindən oğurluq etməkdə şübhəli bilinən Elvin Baxşıyev və tanışı Pərviz Edilov saxlanılıblar.
Bu barədə DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib.