Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Aslan Həmidli ATƏT-in uzunmüddətli müşahidəçiləri ilə görüşdü

7 716
Paylaş:
Aslan Həmidli ATƏT-in uzunmüddətli müşahidəçiləri ilə görüşdü

Gələcək Azərbaycan Partiyasının (GAP) 28 saylı Sabunçu üçüncü seçki dairəsindən deputatlığa namizədi Aslan Həmidli Bakıda ATƏT-in uzunmüddətli müşahidəçiləri cənab Mark Voller və xanım Astrid Nunez ilə görüşüb.

Pravda.az-ın xəbərinə görə, bu barədə A.Həmidli özü məlumat yayıb.

Görüş zamanı respublikada keçirilən parlament seçkiləri geniş müzakirə edilərək fikir mübadiləsi aparılıb.

"Seçki kampaniyasının gedişi haqqında məlumat verildi və müşahidə missiyasının üzvlərini maraqlandıran bir sıra suallar cavablandırıldı. Söhbətin sonunda ATƏT müşahidəçilərinə bu cür görüşlərin davam etdirilməsinin əhəmiyyətini xüsusi ilə vurğuladım", - o qeyd edib.

Paylaş:

Ən son xəbərlər