Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

İlkin nəticələr açıqlandı - Bu şəxslər 7-ci dəfə deputat olacaq: İsmayılov İmamverdi İbiş oğlu və Zabelin Mixail Yuryeviç

982
Paylaş:
İlkin nəticələr açıqlandı - Bu şəxslər 7-ci dəfə deputat olacaq:     İsmayılov İmamverdi İbiş oğlu və Zabelin Mixail Yuryeviç

Artıq "Oracle Advisory Group" (ABŞ) 2024-cü ilin 1 sentyabr tarixində keçirilən Milli Məclisə seçkilərin "exit poll" nəticələrini açıqlayıb.

Doğrudur bu, rəsmi və yekun rəqəmlər deyil. Ancaq əksər hallarda yekun rəqəmlər də elə “Exit-poll”un göstəriciləri ilə yaxın olur. Siyahıda 7-ci çağırışda 7-ci dəfə deputat olan 2 nəfər var. Onlar İsmayılov İmamverdi İbiş oğlu və Zabelin Mixail Yuryeviçdir.

İmamverdi İsmayılov Yeni Azərbaycan Partiyasının namizədidir və 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindəndeputat seçilir. Əsas rəqibi ötən həftə yol qəzasında dünyasını dəyişən professor Nəsiman Yaqublu idi… İmamverdi İsmayılov rəsmi olmayan nəticələrə görə, 53.8% səs toplayıb.

Mixail Zabelin 34 saylı Xətai İkinci dairədən deputat seçilir. Onun da rəsmi olmayan topladığı səs faizi 67.5 faizdir.

Musavat.com

Paylaş:

Ən son xəbərlər