Dövlət başçısı çıxışlarında dəfələrlə məmur özbaşınalığına, vəzifəli şəxslərin yaxınlarının harın davranışlarına sərt münasibət göstərəcəyini bəyan etsə də, zaman-zaman belə sərt münasibəti göstərsə, bir neçə məmur buna görə işdən çıxarılsa da, hələ də belə hallara yol verənlər var.
Belələrindən biri ilə bağlı Daşkəsən rayon Zəylik kənd sakini Ağayev Azər ölkə Prezidenti İlham Əliyevə, Vitse-prezident Mehriban xanım Əliyevaya, Baş prokuror Kamran Əliyevə, daxili işlr naziri Vilayət Eyvazova müraciət ünvanlayıb. Onun şikayəti Daşkəsən rayon İcra Hakimiyyəti Başçısının Kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəsi Allahverdiyev İnqilab Allahverdi oğlu və onun illərdir kənddə yaratmış olduğu “qoluçommaq”lı əmisi oğlanlarıdır. O, Etibar Allahverdiyevi və ətrafını qanunsuzluqda, onu vəhşicəsinə döyməkdə ittiham edir.
“Hazırda Daşkəsən rayon İcra Hakimiyyəti Başçısının Kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəsi Allahverdiyev İnqilab Allahverdi oğlunun doğma qardaşları və əmisi oğlanları sözügedən kənddə “kəndxudalıq” edir, əhalini döyüb əzməklə əməlli başlı vətəndaşlara terror əsdirir.Hazırda Nəsib Allahverdiyev əmisi oğlu Etibar Allahverdiyevin qardaşlarıda daxil olmaqla rayondakı nüfuzları və qulluq mövqelərindən sui-istifadə etməklə , fiziki güc tətbiq etmək yolu ilə əhalinin kasıb təbəqəsini əzməklə məşğuldurlar.