Hamımız gərgin iş rejimində işləyirik. Hətta çox vaxt özümüzə belə vaxt ayıra bilmirik. Təbii ki, bu, uşaqlarımızdan da yan keçmir. Və uşaqlarımız istər-istəməz evdə mütəmadi olaraq işdən bəhs edən bir ata və ya bir ana ilə qarşılaşırlar.
Atasından və ya anasından diqqət görməyən uşaqlar isə ya kompüterə, ya da cib telefonuna üz tuturlar. Ata-ana diqqətsizliyi ilə böyüyən bu uşaqlar daha sonra təbii olaraq cəmiyyətə uyğunlaşmaqda da çətinlik çəkirlər. Halbuki uşaqlarınıza diqqət göstərmək üçün sadə, asan və ən əsası isə həm sizin üçün, həm də uşaqlarınız üçün əyləncəli yollar var.
İndi isə sizə uşaqlarınızla evdə xoş vaxt keçirə biləcəyiniz bu yollardan bəzilərini təqdim edirik:
1. Birlikdə tapmaca tapın.
2. Birlikdə heyvan səslərini təqlid edin.
3. Birlikdə otağı boyayın (bu uşağınızın otağı da ola bilər).
4. Kölgə oyunu oynayın.
5. Bir şəkli parçalara ayırın, sonra o parçaları birləşdirin.
6. Bir-birinizə kitab oxuyun.
7. Qarğıdalı “partladın”.
8. Birlikdə mahnı oxuyun.
9. Birlikdə radio teatrına qulaq asın.
10. Birlikdə krossvord həll edin.
11. Evdə akvarium qurun.
12. Kağızdan təyyarə düzəldin.
13. Bir-birinizi təqlid edin.
14. Birlikdə hekayə yazın.
15. “Söz oyunu” oynayın. Bir-birinizə bir söz deyin, sonra o sözün son hərfindən yeni söz düzəldin.
16. Birlikdə kitabxana düzəldin.
17. Birlikdə filmə baxın (heç olmasa, həftədə bir dəfə).
18. Birlikdə boyunuzu ölçün.
19. Sadə təcrübələr aparın (bu təcrübələr istər fizikaya, istərsə də kimyaya aid ola bilər).
20. Birlikdə şeir əzbərləyin.
21. Birlikdə dondurma hazırlayın.
22. Bir-birinizə hekayə danışın.
23. Birlikdə şəkil çəkin.
24. Gecə pəncərədən (və ya eyvandan) ulduzlara tamaşa edin.