Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

DİQQƏT! Koronavirusun yeni variantı XEC - Fəlakət GERİ QAYIDIR?

705
Paylaş:
DİQQƏT! Koronavirusun yeni variantı XEC -     Fəlakət GERİ QAYIDIR?

Son zamanlar Avropa ölkələri və Rusiyada Covid-19 virusunun XEC adlanan yeni variantının müşahidə olunması digər ölkələrdə də həyəcan təbili çaldırıb.

Pravda.az xəbər verir ki, türkiyəli həkimlər bu barədə ciddi açıqlamalarla gündəmə gəliblər. 

Bildirilir ki, Omikronun alt qrupu olan XEC-lə bağlı Türkiyədə də mühüm xəbərdarlıqlar edilib. Mütəxəssislər yeni varianta qarşı peyvəndin hazırlanmadığını, risk qrupunda olan insanların qorunmalı olduğunu vurğulayırlar. 

Hazırda viral yoluxucu xəstəliklərin artmasına diqqət çəkən ekspertlər xəbərdarlıq edirlər ki, qrip əlamətlərindən şikayətlənən bir çox insan XEC-yə yoluxmuş ola bilər. Maskalar, məsafə və gigiyena ilə bağlı xəbərdarlıq edən alimlər virusun immun sistemi zəif olan xəstələrdə ölümcül ola biləcəyini də istisna etmirlər. 

Bildirilir ki, simptomlar digər variantlara bənzəyir, XEC də, yüksək hərarət, boğaz ağrısı, dad və qoxu itkisi ilə özünü büruzə verir. Ənənəvi əzələ və oynaq ağrıları, yorğunluq da əlamətlər sırasındadır. 

Digər variantlarda olduğu kimi, XEC də PCR testi ilə də müəyyən edilə bilər. Sürətlə yayılan virusun Türkiyədə bu səbəblərə görə ciddi sağlamlıq problemi yarada biləcəyi ehtimalı var. Müalicələri digərlərində olduğu kimi simptomatikdir. Qorunma üsulları digər variantlarla eynidir. 

Həkimlər xəbərdarlıq ediblər ki, yeni XEC variantı digərlərindən daha sürətli yayılır və immun reaksiyasına məhəl qoymur. Belə halda variant dominant ştama çevrilir. 

Hazırda ən böyük problem XEC üçün peyvənd və heç bir müalicə üsulunun olmamasıdır. Türkiyəli həkimlər əvvəlki peyvəndlərin etibarlı olmadığını deyiblər. Ən pisi isə budur ki, risk qrupunda olanların müalicəsi üçün dərman yoxdur. 

Aytəkin Qardaşova 

Paylaş:

Ən son xəbərlər