Rəhim Qazıyevin xəsarət alması ilə bağlı cinayət işi başlanılıb

Bu gün naməlum şəxs sabiq Müdafiə naziri Rəhim Qazıyevə xəsarət yetirib.

Pravda.az-ın xəbərinə görə, Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, R.Qazıyevin xəsarət alması ilə nəticələnən faktla bağlı Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə Yasamal Rayon Polis İdarəsinin (RPİ) İstintaq şöbəsində cinayət işi başlanıb:

“Bu barədə  faktın törədilməsində ehtimal olunan şübhəli şəxs var. Hazırda araşdrımalar davam etdirilir”.