Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Şamaxıda qətl törətməkdə və qanunsuz azadlıqdan məhrum etmədə təqsirləndirilənlər Tural Hacıyev və qanunsuz azadlıqdan məhrum etmədə ittiham olunan onun atası Mahir Hacıyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın etdiyi məlumata görə, hakim Aynur Rzayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Tural Hacıyev 11 il müddətinə azadlıqdan məhrum edilib və Mahir Hacıyevə isə şərti cəza verilib.
Qeyd: Bu ilin aprelində Şamaxı rayonu Mədrəsə qəsəbəsində 2005-ci il təvəllüdlü Hacıyev Ramin Zaur oğlunun iplə boğularaq qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.