“Müğənnilər çoxaldıqca musiqimiz məhv olub gedir. Özü də necə müğənnilər, təsadüfü müğənnilər. Yəni yağışdan sonra çıxan göbələklər… Bu gün elə müğənnilərin səhnədə sayı artıb. Ona görə də musiqimizin səviyyəsi tamamilə bərbad haldadır”. Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva “Künc-bucaq” verilişində deyib. Müğənni musiqinin hazırki vəziyyətindən şikayətlənib:
“Bu haqda sənətkarlarımızın hər biri danışmalıdır. Onlar heç olmasa nələrsə etməlidirlər. Amma görürəm ki, bu haqda heç kim heç nə demir. İndiki ifaçılar hər şeyi asanlıqla əldə edirlər. Onların yeganə istəyi və amalı toylara gedib pul qazanmaqdır. O pul qazanmaq xasiyyəti olan şəxs sənəti düşünmür.