Qobustanda, “El Metal Plus” QSC-də işçilər arasında dava baş verib.
Bir neçə şəxs 2001–ci il təvəllüdlü Nurlan Şahpələngovu vəhşicəsinə döyüblər. O, beynin ağır dərəcəli travması və dalağın partlaması diaqnozu 1 sayli Kliniki Tibbi Mərkəzə çatdırılıb və dərhal əməliyyata alınıb.
Zərərçəkənin vəziyyəti ağırdır.
Qeyd etmək istərdik ki, qısa araşdırma nəticəsində, hadisənin Bakı Dərin Özüllər Zavodunun ərazisində baş verməsi ilə bağlı ilkin alınmış məlumatın yanlış olması aşkarlanıb. Zavodun operatoru "BOS Şelf" MMC-nin ictimaiyyətlə əlaqələr departamentindən aldığımız məlumata görə “zavodun ərazisində nə belə hadisə baş verib, nə də bu adda işçi çalışır".
Məsələ ilə bağlı DİN-in mətbuat xidmətindən Bakupost.az -a bildirilib ki, hadisəni törədən şəxs saxlanılıb, cinayət işi açılıb: