Bakı Apellyasiya Məhkəməsində “Protəmir İnşaat” şirkətinin dələduzluqda təqsirləndirilən rəhbəri İlyas Namazov barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, şikayət təmin edilməyib.
Qeyd: İ.Namazov zərərçəkmiş şəxslərə ev təmir edəcəyi vədi verərək onların pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunub.
Nərimanov Rayon Məhkəməsi ittihamı əsassız sayıb, ona dəlil və sübut yetərsizliyi əsası ilə bəraət verilib. Bakı Apellyasiya Məhkəməsi isə prokurorun protestini və zərərçəkmişlərin şikayətini əsaslı hesab edib. Qərara əsasən, İ.Namazov 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Şirkət rəhbəri məhkəmə zalında həbs edilib. Zərərçəkmiş şəxslərin mülki iddiaları isə qismən təmin edilib.
Kamal Məmmədov