Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Gənc oğlan əmisi qızına pis rəftar edən qohumunu döydü - HÖKM

684
Paylaş:
Gənc oğlan əmisi qızına pis rəftar edən qohumunu döydü -     HÖKM

Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən İmran Babayevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə cinayət işinə xitam verilib və o, cinayət məsuliyyətindən azad olunub.


İttihama görə, hadisə 30 iyul 2024-cü il tarixində, gecə saat 03 radələrində Abşeron rayonu, Xırdalan şəhəri ərazisində qeydə alınıb.


Belə ki, 1999-cu il təvəllüdlü İmran Babayevin əmisi qızı əri, zərərçəkmiş Bayram Bayramovla (şərti) qarşı pis rəftar edib. Təqsirləndirilən şəxs də bununla bağlı zərərçəkmişə şifahi irad bildirib. Bayram isə İmranın iradına saymamazyana cavab verib. Bundan əsəbiləşən təqsirləndirilən şəxs Bayramın üzərinə hücum edib qəsdən yumruq zərbələri ilə onun baş, alın, sifət nahiyələrinə ardıcıl zərbələr endirərək yüngül zərər yetirib.


Hadisədən sonra İmran Babayev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Kamal Məmmədov 


Paylaş:

Ən son xəbərlər