"Seçki Məcəlləsinə görə, bələdiyyə seçkiləri mütləq keçirilməlidir. Seçkilərin təyin edilməsi barədə qərar səsvermə gününə ən azı 60 gün qalmış elan olunmalıdır. Hazırda səsvermə günü konkret müəyyən olunmayıb, amma dekabrın 23-də bələdiyyələrin səlahiyyət müddəti bitir. Yəni 5 il tamam olur. Buna görə də səsvermə günü artıq təyin olunmalıdır. Bələdiyyə seçkiləri hökmən keçiriləcək. Buna şübhə yoxdur".
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin sabiq deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.