Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya” ASC-nin “Poz-Qazan” oyunları oktyabr ayında 10 böyük uduşla yadda qalıb.
Bakıda “Poz-Qazan” tarixində ən böyük uduş olan “Prestij” lotereyasında növbəti 500 000 manat qazanılıb. “Prestij”dən 3 ədəd biletdə isə 5 000 manat qazanılıb. Uğurlu biletlər Bakı, Zaqatala və Gəncədən alınıb. “Prestij”də növbəti böyük uduşlar sahiblərini gözləyir.
Gəncədə daha bir böyük uduş – 50 000 manat “Uğurlu 7” lotereyasından qazanılıb. Masallıda isə “Uğurlu 7” 10 000 manatlıq böyük uduşla Valeh Sadıqova uğur gətirib.
Şəmkirdə də “Göz muncuğu” lotereyasından böyük uduş – 100 000 manatla sahibini sevindirib.