Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Tərtərdə nə baş verib? – RƏSMİ AÇIQLAMA

1 356
Paylaş:
Tərtərdə nə baş verib? –     RƏSMİ AÇIQLAMA

Sosial şəbəkələrdə və bəzi saytlarda guya ön xətt yaxınlığında Tərtər rayonu ərazisində torpaq yolun düşmən tərəfindən minaatanlardan atəşə məruz qalması barədə məlumat yayılıb.

Müdafiə Nazirliyindən Pravda.az-a bildirilib ki, yayılan bu məlumat həqiqəti əks etdirmir.

Məlumata görə, müəyyən olunub ki, həmin ərazidə partlayış baş verib: “Buna səbəb isə birinci Qarabağ müharibəsi zamanı bir metrdən artıq dərinlikdə basdırılmış tank əleyhinə mina olub”.

Müdafiə Nazirliyi bildirir ki, hazırda əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır.

Paylaş:

Ən son xəbərlər