Rahmi Koç "Koç Holdinq"in fəxri prezidenti və Türkiyənin tanınmış iş adamlarından biridir. Rahmi Koç atasının, Vehbi Koçun uğurlarını daha da irəlilətmiş bir şəxsdir. Pravda.az valyuta.az-a istinadən xəbər verir ki, hal-hazırda "Koç Holdinq"in fəxri prezidenti olan Rahmi Koç, Türk iş dünyasında hörmətli bir yerə malikdir. Bəs, o, bu gün sıfırdan bir şirkət açsa, hansı sektorda fəaliyyət göstərəcəkdi?
Rahmi Koç sıfırdan bir iş qurmaq istəsə, hansı sektora yönələcəyini bir reportajda açıqlayıb. Bu reportajda ona "Sıfırdan bir iş açsanız, hansı sektora girərsiniz?" sualı verilib. O, müasir trendləri nəzərə alaraq, süni intellektə yönələcəyini bildirib: