BURADA REKLAMINIZ OLA
BİLƏR

Həbsdə olan “yutuber” azadlığa çıxmaq istəyir

“Youtube” platformasında fəaliyyət göstərən “Kanal9” kanalının rəhbəri, Bərdə rayon sakini 1990-cı il təvəllüdlü Əbdülkərim Cəfərovun barəsindəki qərardan kassasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Ələsgər Novruzovun sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Xatırlatma: Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il müddətinə azadlıqdan məhrum edilib. Gəncə Apellyasiya Məhkəməsi isə apellyasiya şikayətləri qismən təmin edib, Ə.Cəfərovun cəzasını dəyişdirib və 5 il 6 aya endirilib.

 

Qeyd: Ə.Cəfərov barəsində Cinayət Məcəlləsinin 182.2.2-ci (Hədə-qorxu ilə tələb etmə-təkrar törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

 

Araşdırmalar zamanı məlum olub ki, o, İmişli, Biləsuvar, Göygöl və digər rayonlarda çoxsaylı kafe və restoranların sahiblərini şantaj edib. Ə.Cəfərov hədələdiyi şəxslər barəsində rüsvayedici görüntü və məlumatları yayacağını deyərək, pul tələb edib. O, pulları həyat yoldaşı Nuranə Cəfərovanın kartı vasitəsi ilə qəbul edib.

 

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Cəfərov 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdi. O, məhkəmə zalındaca həbs olunmuşdu.

 

Kamal Məmmədov

 

 

 

 

Tarix: 4 Noyabr 2024, 08:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin