BURADA REKLAMINIZ OLA
BİLƏR

Mütəxəssis: "COP29-da sadə telefonlardan istifadə riskləri əhəmiyyətli dərəcədə azalda bilər"

Avropalı deputatların Bakıda keçiriləcək COP29-da məlumatlar oğurlana bilmə təhlükəsi ehtimalına görə sadə telefonlardan istifadə edəcəkləri barədə xəbər müzakirə yaradıb. Belə ki, ölkəmizdə konfrans ərəfəsində ehtiyat baxımından sadə telefondan istifadə edilməsi təklif olunur, təhlükə hamı üçün var.

 

Bu barədə Pravda.az-ın suallarını cavablandıran İKT üzrə mütəxəssis Fərhad Mirəliyev deyib ki, sadə telefonlara keçid, onlardan istifadə etmək üçün başlıca səbəb informasiya təhlükəsizliyi məsələsidir.

 

"Bilirik ki, smartfonların müəyyən proqram təminatı var. Dünyada əsas smartfon istehsalçıları, yaxud proqram təminatının bazar payı "Android", "İOS" və "Huavei" şirkətinin proqram təminatıdır. Proqram təminatında həm istehsalçı, həm də bəd niyyətli insanlar tərəfindən müəyyən boşluqlar bilərəkdən yerləşdirilə bilər. Yaxud istehsalçıya məlum olmayan boşluqlar ola bilər ki, hazırda aşkarlanmır, amma aktiv şəkildə istifadə olunur. Əlbəttə, bu boşluqlar vasitəsilə müəyyən təhlükələr var və insidentlər törədilə bilər. Dünyada bir neçə ixtisaslaşmış şirkət var ki, onlar mobil telefonlar, kompüterlər, planşetlər və digər qurğular üçün istifadəçilərin cihazlarına çıxış əldə etməyə imkan verən xüsusi proqram təminatı hazırlayıb satırlar. Həmin çıxışı alan tərəf müəyyən etdiyi məqsədə çata bilir. Bu şirkətlər əsasən fərdi şəxslərlə deyil, dövlətlərlə, onların xüsusi xidmət orqanları ilə işləyirlər. Bu tip proqram təminatı vasitəsilə xüsusi xidmət orqanları hədəf seçdikləri şəxslərin mobil telefonlarında olan fərdi məlumatları götürə, müşahidələr apara, izləyə bilirlər. Burada sırf izlənilməklə də bağlı məsələ ola bilər. Yəni ağıllı telefonlar asan şəkildə izlənə bilir, çünki GPS qəbuledicisi olur və onların daxilində yerləşdirilən bu qurğu ilə geolokasiya aşkar oluna bilər. Bütün bunları nəzərə alsaq, COP29-da sadə telefonlardan istifadə qeyd olunan riskləri əhəmiyyətli dərəcədə azalda bilər. Əgər belə bir məsələ varsa, sırf risk nöqteyi-nəzərindən ola bilər. Hətta dövlət nümayəndələri, dövlət idarəçiləri də heç vaxt Smartfonlardan istifadə etmirlər. Onlar həmişə çalışırlar ki, alternativ üsullarla rabitə qursunlar", - mütəxəssis bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 4 Noyabr 2024, 10:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin