Dünən Salyanda 13 yaşlı məktəblinin ölümü ilə nəticələnmiş hadisənin təfərrüatı məlum olub.
Pravda.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Salyan şəhəri 20 Yanvar küçəsində yaşayan 2001-ci il təvəllüdlü Ə.Səlimovun yelləncəyin ipini açarkən boğularaq ölməsi müəyyənləşib.
Belə ki, ilkin araşdırmalar zamanı yeniyetmənin dünən saat 13 radələrində təhsil aldığı məktəbdən evə gəlməsi və bir qədər sonra evin arxa hissəsində yerləşən yelləncəyin ağacdan asılmış kəndirini açmaq üçün ora getdiyi məlum olub.