Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirləndirilən Zeynəb Ən-Nəimənin növbəti məhkəmə prosesi keçirilib. "Unikal"ın məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə baş tutan məhkəmədə polis əməkdaşı şahid kimi ifadə verib.
Hadisə vaxtı Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 22-ci Polis Şöbəsində təhqiqatçı işləmiş, hazırda Yasamal Rayon Polisi İdarəsinin 29-cu Polis Şöbəsində təhqiqatçı vəzifəsində işləyən şəxs ifadə verərək bildirib ki, Zeynəb Tapdıq qızı Ən-Nəimən saxlanıldıqdan sonra onun həyat yoldaşının ərəb millətindən olduğu müəyyənləşib:
"Bütün prosessual hərəkətləri aparmışam, saxlanılan şəxsə hüquqları izah olunub. Evindən 77 ədəd metadon həbi götürülüb, ekspertizaya göndərilib".