"Özüm üçün heç nə etməmiş, camaatıma olan xidmətimi öz imkanımla etmişəm. Azərbaycan musiqisində mənim qədər ikinci bir adam yoxdur ki, özü daxmada yaşasın, amma böyük yaxşılıqlar etsin. İkinci bir adam yoxdur, mümkün deyil. Varsa, qoyun ortaya. Azərbaycan musiqisində nə qədər adam varsa, yığın, olmayacaq. Yoxdur, getsin hansısa kəndə su çəkdirsin, nəsə etsin".
Bu sözləri Əməkdar artist Elnarə Allahverdiyeva "Künc-bucaq" yutub layihəsində deyib. Müğənni bildirib ki, sənətçilər arasında ən çox xeyriyyə işləri edən özü olub: