Abşeron Rayonu Xırdalan şəhər V.Y.Musibov adına 5 nömrəli məktəbdə yanğın baş verib.
Bu barədə görüntülər sosial mediada yayılıb.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Abşeron-Xızı Regional Təhsil İdarəsindən bildirilib ki, hadisə elektrik naqillərinin paylanma qutusunda qısaqapanma nəticəsində baş verib:
"Məktəbdə əvvəlcədən yanğın təhlükəsizliyi ilə bağlı görülmüş tədbirlər sayəsində hadisənin yayılmasının qarşısı alınıb, şagirdlər və müəllimlər təxliyə planına uyğun olaraq təhlükəsiz yerə təxliyə ediliblər, onların sağlamlığına heç bir təhlükə yaranmayıb.