Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Vüqar Həşimovun valideynlərinin evində partlayış: Ata-anası xəsarət aldı

647
Paylaş:
Vüqar Həşimovun valideynlərinin evində partlayış:   Ata-anası xəsarət aldı

Novxanı kəndində baş vermiş partlayışda bir nəfər dağıntılar altından xilas edilib.

Bu barədə Pravda.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

“Abşeron rayonu, Novxanı kəndində fərdi yaşayış evində partlayış baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub”, – məlumatda qeyd olunub.

Bildirilib ki, xilasedicilər tərəfindən həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində dağıntı altından 1 nəfər sağ çıxarılaraq xilas edilib.

APA-nın məlumatına görə, hadisə zamanı xəsarət alan şəxslərin mərhum şahmat ustası Vüqar Həşimovun valideynləri olduğu bildirilir.

Paylaş:

Ən son xəbərlər