Diş fırçası ağız gigiyenasının ən vacib elementlərindən biridir. Amma çox insan bu sadə vasitənin təmizliyinə və istifadəsinə düzgün yanaşmır. Xüsusilə, diş fırçasını uzun müddət dəyişməmək, ciddi ağız və ümumi sağlamlıq problemlərinə yol aça bilər.
Pravda.az xəbər verir ki, Yenisabah.az hər gün istifadə etdiyimiz diş fırçasını gec-gec dəyişməyin fəsadlarını araşdırıb:
Bakteriyaların artışı
İstifadə edilən diş fırçası zamanla bakteriya, göbələk və viruslarla dolur. Ağızda təmizliyə nail olmaq üçün nəzərdə tutulan bu vasitə əksinə, infeksiya mənbəyinə çevrilə bilər. Mikroorqanizmlər diş fırçasının tük və sap hissələrində çoxalaraq, ağızda infeksiyalar, diş əti iltihabı (qinqivit) və ağız qoxusuna səbəb ola bilər.
Diş əti iltihabı və diş çürüməsi
Köhnəlmiş diş fırçası dişlərə düzgün qulluq etməyə imkan vermir. Zədələnmiş və sərtləşmiş tük ucları diş səthindən qida qalıqlarını və lövhəni təmizləməkdə effektiv olmur. Nəticədə dişlərdə çürüklər və diş əti xəstəlikləri inkişaf edir.
Damaqların zədələnməsi
Uzun müddət istifadə edilən diş fırçasının tükləri sərtləşir və damaq toxumalarını zədələyə bilər. Bu, diş əti qanamalarına, həssaslığa və daha ciddi ağız sağlamlığı problemlərinə yol açır.
Ümumi sağlamlığa təsiri