Məzmuna keç
Pravda.az — xəbər portalı
Cəmiyyət

Fazil Mustafa: “Bu millət başımızın tacıdır”

1 781
Paylaş:
Fazil Mustafa: “Bu millət başımızın tacıdır”

Bu adamlar sözlərini bilərəkdən təhrif edərək yayırlar, sonra təhqir edirlər, sərt cavab verirsən, deyirlər ki, deputat kobud danışmaz. Təhqir edənlərə qarşı hüquqi müstəviyə baş vurursan, deyirlər, niyə belə addım atırsınız. Maraqlıdır ki, bu cəmiyyətin ən cahili ilə bir yarımçıq yazarı eyni mühakiməyə sahibdir. Tək Kəramət deyil ki, ədəbiyyatda uğur qazana bilməyənlər bir-birinin ardınca dedi-qodu janrında qəhrəmana çevrilməyə çalışırlar. Birisi orduda xidmət etməkdən imtina edir, bu millətin içində bəzi məxluqlar onu qəhrəman kimi başlarının üzərinə qaldırırlar. Kəramət bir il öncə mərhum xalq şairimiz Xəlil Rzanı da, onun milli qəhrəman olan oğlu, şəhidimiz Təbriz Xəlilbəylini təhqir etmişdi, eyni adamlar doluşmuşdu üzərinə təhqir yağdırırdı. İndi adam mənə qarşı savadsız bir status yazır, sözü konkekstdən çıxarıb yalandan ittiham irəli sürür, bir anda olur qəhrəman. Maarifçilik ağır işdir, həm də cəhalətin önündə yazarı, alimi, siyasətçisi gedəndə daha ağır olur. Ancaq nə edək, bu millət başımızın tacıdır, onun davasını aparmaq, onu dünya millətləri içində layiq olduğu mərtəbəyə çatdırmaq boynumuzun borcudur. Bu yolda incimək, küsmək yox, Mirzə Fətəlinin, Sabirin, Mirzə Cəlilin, Cavidin, Xudu Məmmədovun iztirablarını duyanlar, anlayanlar üçün heç durmaq yox. Qoy kimlərsə qaragüruhdan qorxsun, çəkinsin, inanın bunlara rağmən Azərbaycanda sağlam düşüncəli insanlarımızın sayı çoxalacaq, hökmən çoxalacaq. Düşüncə dəyişimi bütün dövrlərdə beləcə məşəqqətli olur.

Fazil Mustafa

Milli Məclisin deputatı

Paylaş:

Ən son xəbərlər