BURADA REKLAMINIZ OLA
BİLƏR

Qubad İbadoğlu: “Bütün bunlar Ermənistanda deyil, Azərbaycanda baş verir, dövləti batırmağa imkan vermək olmaz”

"Dramatikləşdirmək istəmirəm. Amma aldığım məlumatlardan çıxardığım qənaət odur ki, dövlət idarəçiliyində inamsızlıq, etimadsızlıq artıq itaətsizlik mərhələsinə qədəm qoyub, verilən qərarlar yerinə yetirilmir. Görünən odur ki, hakimiyyət daxilində qruplar bir-birlərinə əzələ nümayiş etdirirlər".

 

Pravda.az-ın xəbərinə görə, bunu iqtisadçı Qubad İbadoğlu deyib.

 

Q.İbadoğlu qeyd edib ki, ölkə vahid mərkəzdən idarə olunmur, hüquq-mühafizə orqanları elementar funksiyalarını və vəzifələrini belə icra etmirlər: “Bakıda karantin rejiminin sərtləşdirilməsi hiss edilmir, yeganə dəyişən odur ki, əvvəllər virusa yoluxanların sayı hər gün onluqlarla artırdı, indi yüzlüklərlə artır. Elə bil ki, qəsdən hər şeyi öz axarına buraxıb, inamsızlığı çoxaltmaq, itaətsizlik nümayiş etdirib Azərbaycanı İtaliyaya çevirmək istəyirlər. Buna əsla yol vermək olmaz. Bu hər birimizdən vətəndaş məsuliyyəti tələb edir. Ayılın, əziz həmvətənlilər, bütün bunlar Ermənistanda deyil, Azərbaycanda baş verir, dövləti batırmağa imkan vermək olmaz. Xalq məsuliyyəti öz üzərinə götürməlidir”.

Tarix: 26 İyun 2020, 00:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin