Kolumbiya Səhiyyə Nazirliyi bəyan edib ki, son sutka ərzində yeni növ koronavirus infeksiyasına (COVID-19) 4 149 yoluxma halı qeydə alınıb. Qeyd olunub ki, bu, pandemiya başlayandan bəri rekord yoluxma sayıdır.
Koronavirusa rekord sayda yoluxma qeydə alındı
Pravda.az “TASS”a istinadən xəbər verir ki, son 24 saatda COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 123 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkədə ümumilikdə 88 591 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 36 273 nəfər müalicə olunaraq sağalıb, - 2 939 nəfər vəfat edib.Report