Fövqəladə vəziyyət avqustadək uzadıldı

Peru rəhbərliyi koronavirusun yayılmasının qarşısını almaq üçün fövqəladə vəziyyət rejimini iyulun 31-dək uzatmaq qərarına gəlib.

Pravda.az-ın xəbərinə görə, bu barədə "EL Comerico" qəzeti bildirib.

Qeyd edilib ki, ölkənin sərhədləri ən az avqusta qədər bağlı qalacaq, lakin karantin tədbirləri zəifləyəcək. Beləliklə, məcburi karantin yalnız 14 yaşa qədər uşaqlar və 65 yaşdan yuxarı vətəndaşlar üçün qalacaqdır.

Peruda hazırda koronavirusa yoluxanların sayı 272 364 nəfərdir, 8 939 nəfər vəfat edib, 159.806 xəstə sağalıb.Trend

Tarix: 28 İyun 2020, 11:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin