Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Koronavirusun geniş yayıldığı şəhərlərdə sərt karantin rejimi tətbiq olunacaq

1 492
Paylaş:
Koronavirusun geniş yayıldığı şəhərlərdə sərt karantin rejimi tətbiq olunacaq

İranda yeni növ koronavirusa (COVİD-19) yoluxmanın geniş yayıldığı əyalət və şəhərlərdə (qırmızı zona) 1 həftəlik sərt karantin rejimi tətbiq olunacaq.

Pravda.az-ın xəbərinə görə, bunu İran prezidenti Həsən Ruhani  Koronavirusla Mübarizə  Qərargahının bugünkü iclasında bildirib.

H. Ruhani deyib ki, lazım gələrsə, bu müddət uzadılacaq. İran Prezidenti qeyd edib ki, iyul ayının 5-dən 21-dək  ölkədə qapalı və ictimai yerlərdə maskadan istifadə icbaridir və aidiyyatı qurumlar buna nəzarət etməlidir.APA

Paylaş:

Ən son xəbərlər