Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

5G mobil şəbəkələri COVID-19-u yayır? – ÜST-dən AÇIQLAMA

1 533
Paylaş:
5G mobil şəbəkələri COVID-19-u yayır? –     ÜST-dən AÇIQLAMA

Viruslar radiodalğalar mobil şəbəkələr vasitəsilə yayılmır.

Pravda.az-ın xəbərinə görə, bu fikir Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan Nümayəndəliyinin rəsmi səhifəsində bildirilib.

Qeyd olunub ki, COVID-19 5G mobil şəbəkələrinə malik olmayan ölkələrdə də var.

"COVID-19 virusu infeksiyaya yoluxmuş insanın öskürməsi, asqırması və ya danışması nəticəsində xaric olunan tənəffüs damcıları vasitəsilə yayılır. Həmçinin virusla çirklənmiş səthlərə, sonra isə gözlərinizə, ağzınıza və ya burnunuza toxunduqda bu virusa yoluxa bilərsiniz", - deyə məlumatda vurğulanıb.

Paylaş:

Ən son xəbərlər