Məzmuna keç
Pravda.az — xəbər portalı
Sağlamlıq

Koronaviruslu xəstələrin müalicəsində deksametazondan istifadəyə aydınlıq gətirildi

2 344
Paylaş:
Koronaviruslu xəstələrin müalicəsində deksametazondan istifadəyə aydınlıq gətirildi

Böyük Britaniya Birləşmiş Krallığında aparılan son tədqiqatlar nəticəsində deksametazon preparatının oksigen dəstəyinə ehtiyac duyan COVİD-19-a yoluxan xəstələrdə ölüm riskini azaltdığı məlum olub.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyindən Pravda.az-a verilən məlumata görə, deksametazon COVİD-19-u yüngül keçirən və oksigen dəstəyinə ehtiyacı olmayan xəstələr üçün istifadə edilməməlidir.

ÜST-ün Azərbaycan nümayəndəliyi nəzərə çatdırır ki, bu məqsədlə istifadə üçün hər hansı bir dəlil mövcud deyil və düzgün şəkildə istifadə edilmədikdə bu preparat ciddi əks təsirlər göstərir.

Paylaş:

Ən son xəbərlər