“Ya bir bölgə olaraq kölə kimi Rusiyanın təkibinə daxil olacağıq, ya da...” – ŞOK AÇIQLAMA

“Azərbaycanda baş verənləri izlədikcə hamının - hakimiyyət, müxalifət, vətəndaş olaraq, sanki, bilərəkdən ölkəni uçuruma apardıqlarını görməmək mümkün deyil. Bu gedişlə ya bir bölgə olaraq kölə kimi Rusiyanın təkibinə daxil olacağıq, ya da ölkə qonşu dövlətlər tərəfindən parçalanacaq və müstəqil olaraq tək neftinə və qazına görə kimlərinsə idarəçiliyində olan Bakı qalacaq”.

 

Pravda.az-ın xəbərinə görə, bunu tanınmış hüquqşünas Aslan İsmayılov deyib.

 

“Ona görə də bir daha hamıya müraciət edirəm ki, ambisiyaları kənara qoyub ölkədə gedən proseslərin ciddiliyini anlayaq. Bu gün ambisiyalar, haqq-hesab dövrü deyil. Xüsusilə, dövlətin nə olduğunu anlayanlara müraciət edirəm. Sakit dayanıb kənardan seyr etməyin, baş verənlərə münasibətinizi bildirin, sadə vətəndaşlara həqiqətləri açıqlayın” – A.İsmayılov qeyd edib.

Tarix: 28 İyun 2020, 18:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin