“Azərbaycan məndədir, ağ ciyərimdir, vücudumdur” - Mirşahin

“Bu gün vətəndaşın nəfəs yollarını, içinin sərhəddini qorumaq üçün maska geyinməsi eynilə dövlət sərhədinin qorunması tək bir hərəkətdir. Bu gün sən özünü sərhəd kimi qorumalısan. Qorumamaqla düşmənə şans verirsən. Bu gün dövləti hər birimiz Nəsimi məntiqilə müdafiə etməliyik. Azərbaycan mənəm. Azərbaycan məndədi. Mənim ağ ciyərimdir. Mənim vücudumdur! Əks məntiq qəbul edilmir və burada heç bir şairanəlik, metafora-filan yoxdur”.

 

Pravda.az-ın xəbərinə görə, bunu REAL TV-nin rəhbəri Mirşahin Ağayev deyib.

 

M.Ağayev qeyd edib ki, qaragüruhun kök saldığı sosial şəbəkələr, xüsusilə facebook platforması bu saat xüsusi xidmət orqanlarının fasiləsiz müayinə etməli olduğu əsas düşərgədir: “Xüsusi istedad yiyəsiyik. Məsuliyyətsiz davranırıq. Maska taxmır, gigiyenamızın qayğısına qalmırıq, sosial məsafə saxlamırıq, bütün müsbət nəticələrin üzərinə cəhalətimizlə tarana gedirik, sonra da deyirik ki, günahkar TƏBİB-dir. Çünki TƏBİB-in mədəniyyəti çatır ki, deməsin. Ay vətəndaş! sizə, məsuliyyətsizliyinizə görə ala bilmirik gözlənilən effekti. TƏBİB-in xəbərdarlıqlarına məhəl qoyulmadığından xəstəxanalarda yer problem yaranır. Axı deyilmişdi. Heç bir ölkənin səhiyə sistemi nəzarətdən çıxan miqyasa, saya davam gətirməz, xəstələnməyin. Özünüzü qoruyun… Deməli əcəb işdi: siz, biz qulaq asmırıq, koronalığımıza vururuq, damda kabab çəkirik. Maska taxmırıq. Xəstələnirik, günahkar kim olur, Qərib. EEE TƏBİB… Sosial şəbəkələrdə TƏBİB-in üstünə düşüblər. Mənfi rəy formalaşdırırlar. Dünənədək Səhiyyə Nazirliyinə az qala meyxana qoşan internet sakinləri bu gün başqa hava çalırlar. TƏBİB pis işlədiyi üçün hansısa xidmətləri yenidən qaytardılar Səhiyyə Nazirliyinə. Ya yaxşı, ya da pis. Üçüncü variant yoxdur sosset təkhüceyrəlilərində. Baxmayaraq ki, baş verən dəyişikliklər nə TƏBİB-in pis işləməsinin, nə də Səhiyə Nazirliyinin daha yaxşı işləməsinin nəticəsidir. Hər şey daha sadədir. Dövlət bütün uyğun istiqamətlərin, müvafiq sahələrin əlbir işləməsi üçün, hər gün dəyişən şəraitə uyğun addımlar atır. Nə qədər qəribə səslənsə də bu belədir: xəstəlik sayı artırsa, bu sosial məsuliyyətsizliyin nəticəsi, müsbət dəyişikliklər baş verirsə, bu dövlətin prosesi bir sıra hallarda təkbaşına idarə etməsinin nəticəsidir. Sosial şəbəkələrdə isə məhz dövlət vurulur. Vətəndaşların sərbəst gəzintiyə meyl, evdə qalmaqdan yorulmaq, xüsusi formullarla yaşamaq kimi hallardan bezmək kimi ovqatlarına toxunulur. Qızışdırılır. Burada əsas hədəf dövlətdir. Onun sabitliyə, sakitliyə cavab verən strukturlarıdır. Bəlli ünvanlar var ki, qara güruh da, ağ qiyafəli həmcinsləri də məhz onu vaxtaşırı vurur. Dövlət məmuruna qarşı kütləvi kin təlqin edilir. Xüsusilə son zamanların islahat ruhundan su-istifadə edilir. Əvvəllər anonim adlarla işləyən şəbəkə məxluqları indi o qədər abırsızlaşıblar ki, daha adlarını, soyadlarını da gizlətmirlər. Məsələn, polisi söy, təhqir et kampaniyasında sosial şəbəkəni idarə edən qaragüruh hamının bir nəfər kimi səfərbər olmasını təşkil edir. Amma “polisə gül at!anlar”dərhal lənətlənir, qaragüruhun üfunətpərvərlərinə qoşulan dırnaqarası ziyalıcığazlar internetdə ictimai qınaq yaradırlar. Halbuki ictimai qınağı koronavirusdan daha təhlükəli olan virus-insanlara qarşı yaratmaq lazım idi. Xalq ideologiya və informasiya arasında qalıb. İqtidarın sosial şəbəkədə öz siyasətini çatdırmaq imkanları ya pis təşkil edilib, ya da heç yoxdur. Həkimləri Prezident, Birinci vitse-prezident ayaq üstə alqışlayır. Amma sosial şəbəkələrdə maraqda dayanan canlılar insanların dərdi ilə oynayır, məsələn, bu günlər təkcə Azərbaycanın, Qafqazın deyil, Avropanın ən yaxşı xəstəxanalarından olan Bona-Deanın üzərinə gedildi. Heç nəyi araşdırmadan. Yalnız bir ananın emosianal vəziyyətindən istifadə edərək, əslində adi bir istehlakçı münasibəti, işçi yanaşmanı vətəndaşlarda sahibkarlara nifrət müstəvisinə keçirdilər. Sahibkarların haqqını, hüququnu hələ bir kənara qoyuram… Sırf həkim və səhiyyə sistemindən danışıram. Dediyim kimi, sosial şəbəkələrdə bu gün həkimləri qaralayır, xəstəxanaları gözdən salırlar. Baxmayaraq ki, bu gün həkim və xəstəxana mövzusu az qala toxunulmaz olmalıdır. Ön cəbhədə döyüşən əsgər kimi. Həkimlərin üzü saatlarla maska alıtnda qalaraq zədələnir ki, ağ ciyərləriniz zədələnməsin. Maskanı çənənə bağlama! deyir həkim, ona görə deyir ki, sabah çənənin elə həmin yerindən ağ tənziflə bağlamasınlar! Həkimləri, polisi gözdən salma cəhdləri ölkənin içində qarışıqlıq yaratmağa hesablanıb, sabitliyin nüvəsinə tuşlanıb. Korona virus adət etdiyimiz həyat tərzini, öyrəşdiyimiz emosianal normaları, hərgünkü xasiyyət və xarakterimiz dəyişməyi tələb edir”.

Tarix: 29 İyun 2020, 07:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin