BURADA REKLAMINIZ OLA
BİLƏR

Əli Əsədovdan MÜHÜM TAPŞIRIQ

Baş Nazir rayonlardakı vəziyyətlə bağlı dəqiq statistikanın aparılması tapşırığını verib.

 

Pravda.az-ın xəbərinə görə, Baş Nazir bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın sərtləşdirilmiş karantin tətbiq edilməyən bölgələrdəki vəziyyətin müzakirəsi üçün keçirilən videokonfransında deyib.

 

Baş nazir yoluxmanın daha çox qeydə alındığı yerlərə nəzarətin, dezinfeksiya və koronavirus xəstələri üçün ayrılmış xəstəxanalarda utilizasiya işlərinin gücləndirilməsinin vacibliyini vurğulayıb.

 

Əli Əsədov rayon və şəhər rəhbərləri qarşısında tapşırıqların vaxtında və qüsursuz icra olunması tələbini qoyub.

Tarix: 1 İyul 2020, 20:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin