Martın 12-də Azərbaycan İdman Akademiyasının (AİA) rebrendinq tədbiri keçirilib.
Gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev, millət vəkilləri, müxtəlif universitetlərin rektorları, idman ictimaiyyətinin nümayəndələri, federasiya rəsmiləri, jurnalistlər və digər qonaqların da iştirak etdiyi tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Azərbaycan İdman Akademiyasının fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib, Akademiyanın yeni loqosu təqdim olunub və yeni struktur haqqında məlumat verilib. Həmçinin bildirilib ki yeni loqo özündə Akademiyanın fəaliyyətində yeni yanaşmaları, ali təhsil sistemində müasir tələbləri ehtiva edir. Həmçinin AİA-nın yeni loqosunun həm tələbələrə, həm də idmana yönəlik olduğu qeyd edilib.