2 iyul Azərbaycan polisinin peşə bayramıdır. Bu bayram münasibətilə Azərbaycan Respublikasının Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov olmaqla, xidmətdə olan şəxsi heyəti və veteranları səmimi qəlbdən təbrik edirəm, möhkəm can sağlığı, xoşbəxtlik arzulayıram.
Adətən, funksional olaraq biz polis işçilərini cinayətkarlıqla mübarizədə, ictimai- siyasi sabitliyin qorunması, yol hərəkətinin nizamlanması və vətəndaşların təhlükəsizliyinin təmin olunması ilə bağlı keçirdiyi tədbirlərə görə qiymətləndiririk. Lakin koronovirus pandemiyası başlanan andan, polislərimiz əlavə olaraq gecə-gündüz, fərqli hava şəraitinə baxmadan ön cəbhədə mübarizə aparırlar. Karantin rejiminin tələblərinə uyğun olaraq, Covid-19 virusunun daha geniş areala yayılmasının qarşısının alınmasında əhəmiyyətli xidmət göstərirlər. Son dövrlərin bəzi xoşagəlməz hadisələri bir daha göstərdi ki, ölkə daxilində ictimai-siyasi sabitliyin pozulmasında maraqlı qüvvələr var və onun qorunmasında polisin rolu əvəzsizdir.
Hörmətli Polis işçiləri!