Daxili xəstəliklər və kardiologiya mütəxəssisi Canan Karatay sumaq çayının sağlamlığa faydalarını açıqlayaraq onu istehlak edənlərin xəstəliklərə qarşı daha dayanıqlı ola biləcəyini bildirib. Bununla belə, həddindən artıq istehlakın zərərli ola biləcəyini də vurğulayıb.
Sumaq Yaxın Şərq və Aralıq dənizi mətbəxində geniş istifadə edilən, antioksidantlarla zəngin bir ədviyyatdır. Onun tərkibindəki flavonoidlər və fenolik turşular orqanizmi sərbəst radikallardan qoruyaraq immun sistemini gücləndirir. Həmçinin iltihab əleyhinə təsiri sayəsində revmatizm kimi oynaq problemlərinə qarşı faydalıdır.
Bağırsaq hərəkətlərini sürətləndirərək həzmi yaxşılaşdıran sumaq, eyni zamanda qan şəkərinin tənzimlənməsinə kömək edərək insulin müqavimətini azalda bilər. Ürək-damar sağlamlığını dəstəkləyən bu ədviyyat qan təzyiqini tarazlaşdırır və xolesterin səviyyəsini aşağı sala bilir.