“Neftçi”nin keçmiş qapıçısı Çingiz İsmayılovun səhhətində problem yaranıb.
AFFA-nın ilk baş katibi kimi adını tarixə yazmış sabiq funksioner hazırda xəstəxanaya yerləşdirilib.
Aprelin 12-də 90 yaşı tamam olacaq əfsanəvi idman şərhçisi hazırda həkim nəzarəti altındadır. Onun hələ bir müddət də xəstəxanada saxlanılacağı bildirilir.