"Qəza olubsa, maşını kənara çəkib sığorta əməkdaşını, yol polisini gözləyin". Bir neçə gün öncə süni tıxacların yaranmaması üçün sürücülərə belə bir xəbərdarlıq edilmişdi.
Pravda.az Xəzər TV-yə istinadən bildirir ki, amma sürücülər deyirlər ki, bəzi yollarda bunu etmək mümkün deyil. Çünki ya avtobus zolağı var, ya da həmin ərazidə dayanma-durma qadağandır. Buna görə də qəza olduqdan sonra cərimə gəlməsin deyə maşını kənara çəkə bilmirlər.