İyunun 26-da, saat 23 radələrində Bakı şəhəri, Yasamal rayonunda yerləşən Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası ərazisində yanğınla müşayiət olunan partlayışla bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsi tərəfindən ibtidai istintaq aparılır.
Bu barədə Baş Prokurorluq, FHN və ANAMA-nın birgə məlumatında qeyd olunub.
Bildirilib ki, kompleks istintaq tədbirləri çərçivəsində əraziyə prokurorluq əməkdaşları ilə yanaşı, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Fövqəladə Hallar Nazirliyinin (FHN) operativ qrupları da cəlb olunub və hadisə yerində baxış keçirilib.