“O qədər ata-anası azərbaycanlı olub yarıtmaz işlərlə məşğul olanlar var ki! Onda nə ilə məşğul olurdular, yaxud da indi nə ilə məşğul olurlar!... Düzdür, çox xoşbəxt olardım ki bəziləri kimi Azərbaycan dilində danışa bilim. Həyat elə gətirib ki, rus dilində oxumalı olmuşuq. Buna baxmayaraq, danışanda Azərbaycan dilində rahat danışıram, danışanı da 100 faiz başa düşürəm”.
Artur Rasi-zadə: “Latın qrafikasının hərflərini oxuyanda çətinlik çəkirəm”
Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycanın sabiq Baş Naziri Artur Rasi-zadə deyib.
“Ancaq latın qrafikasının hərflərini oxuyanda çətinlik çəkirəm. Baş nazir olanda nə qədər sənədlərə imza atmışam. Heç bir sənədi oxumamış imza atmamışam. Bu ola da bilməzdi. Sizə bir sirr açım: mənim bir gözüm görmür. Bu, çoxdan belədir. O zaman çıxıb deməli idim ki, gözümün biri görmür?!” – A.Rasi-zadə qeyd edib.Modern.az