“Bu onu göstərir ki, generallar və yüksək rütbəli zabitlər əsgərlərin arxasında gizlənmir və döyüş tapşırıqlarını ləyaqətlə yerinə yetirirlər. Əfsus ki, döyüşlər itkisiz olmur”.
Müdafiə Nazirliyi: Generallar və yüksək rütbəli zabitlər əsgərlərin arxasında gizlənmir
Pravda.az xəbər verir ki, bunu cəbhə bölgəsində jurnalistlərin suallarını cavablandıran Azərbaycan Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev deyib.
“Müdafiə Nazirliyinin rəhbərliyi adından şəhidlərə rəhmət, ailələrinə səbr, yaralı dostlarımıza şəfa diləyirik. Əmin etmək istəyirik ki, şəhidlərimizin, yaralıların qanı yerdə qalmayacaq”- deyə nazir müavini əlavə edib.