Ötən gecə və bu gün səhər saatlarınadək Bakıda insanlar cəbhədə Vətən uğrunda mübarizəyə atılan hərbçilərimizə dəstək aksiyası keçirdi. Ancaq təxribatçı qüvvələr bundan öz məqsədləri üçün istifadə etməyə çalışdı. Milli Məclisin binasını tutmağa cəhd edən qüvvələr insanların bu əzmini, hərbçilərə dəstək aksiyasını başqa səmtə yönəltdilər.
Pravda.az xəbər verir ki, Milli Məclisin üzvü Etibar Əliyev baş verən hadisələrə ilk reaksiya verən deputat oldu: “Tovuzda Ermənistan təxribatının qarşısı alınarkən igid hərbiçilərimiz şəhid olublar. Onların coşqu ilə yad edilməsi təbiidir. Düşmən Ermənistan artıq əsəblərimizi tarıma çəkib. Vətən uğrunda canlarından keçən İgid oğulların ruhunun yad olunması zamanı insanlarımızın Vətənə sevgisini düşmənə əlavə fürsət verəcək hərəkətlərə çevirmək yolverilməzdir.
Ölkədə ritorika bəllidir: Dövlətimizin yanında olmaq. Ali Baş Komandanın qərarlarına tabe olmaq. Bu imperativ xarakter alıb. Ölkəni ötən sərin 90 - cı illərinə qaytarmaq istəyən xarici və daxili qüvvələrin məkrli əməlləri vakuumda qalacaq, bumeranq effekti verəcək. Dövlətin gücü, Dövlət Başçısının qətiyyəti və rasional addımları, Xalqın dərin inamı buna imkan verməyəcək.