25-27 iyun tarixlərində mərkəzləşdirilmiş üsulla lisey və gimnaziya imtahanları keçirilib. 26 iyunda keçirilmiş imtahanın nəticələrindən narazı olan bir qrup valideyn Baku TV-yə müraciət edərək şikayətlərini dilə gətirib.
"Heç bir sübut göstərmədən övladlarımızın nəticələrini ləğv ediblər. Deyirlər ki, suallarda sızma var. Biz ilk imtahanın nəticələrinin bərpa olunmasını istəyirik. Övladlarımız təhsil almaq istəyirlər, dövlətdən mal-mülk istəmirlər", - deyə valideyn Səbinə Kərimova etirazını bildirib.
Təhsil İnstitutunun Xüsusi istedadlı uşaqlarla işin təşkili şöbəsinin müdiri Tural Alışov məsələ ilə bağlı açıqlama verib.