Azərbaycan Respublikasının vətəndaşları Quliyev Məhəmməd və Abdullayeva Gültacın 2 övladı ilə birlikdə yaşadıqları Almaniya ərazisini tərk edərək Fransa ərazisi üzərindən Azərbaycana gedərkən üzləşdikləri vəziyyət barədə məlumat Səfirliyə daxil olan gündən Konsulluq bölməsinin əməkdaşları məsələ ilə məşğul olur.
Bu barədə Pravda.az-a Azərbaycanın Fransadakı səfirliyindən bildirilib.
"Qeyd etmək istərdik ki, 7 iyul 2025-ci il tarixində Səfirliyin qaynar xəttinə edilmiş müraciət əsasında, Azərbaycan Respublikası vətəndaşları Quliyev Məhəmməd və Abdullayeva Gültacın 2 övladı üçün səfirlik tərəfindən qayıdış şəhadətnaməsi rəsmiləşdirilib.
6 avqust tarixində Fransa ərazisini tərk etmək istəyən ailə bu ölkənin sərhəd polisi tərəfindən saxlanılıb və övladları müvəqqəti sığınacaqda yerləşdirilib.