“Cinsindən, yaşından, milli mənsubiyyətindən, doğulduğu yerdən asılı olmayaraq deputat o kəs olmalıdır ki, o parlamentdə içərisindən keçdiyi bütün proseslərin idarə edən tərəfi ola bisin, yəni subyekti olsun”.
Professor: “Deputat ictimai mənəfeni şəxsi mənafeyə qurban verməməlidir”
Pravda.az-ın xəbərinə görə, bunu professor Şahlar Əsgərov deyib.
Ş.Əsgərov qeyd edib ki, bunun üçün həmin şəxsin intellektual səviyyəsi yüksək olmalıdır: “Deputat dağın görünən yox, görünməyən tərəfini də görməyi bacaran ölkə vətəndaşı olmalıdır. İstənilən halda, deputat ictimai mənəfeni şəxsi mənafeyə qurban verməməlidir”.