BURADA REKLAMINIZ OLA
BİLƏR

Partiya sədri parlament seçkilərində namizəd olacağı seçki dairəsinin adını açıqladı

Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğlunun 2020-ci ilin fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində namizəd olacağı dairənin adı açıqlanıb.

 

Pravda.az-ın xəbərinə görə, GAP nəzdində fəaliyyət göstərən Seçkilərə Hazırlıq üzrə Komitənin ilk toplantısı keçirilib.

 

Toplantıda növbədənkənar parlament seçkilərində partiyanın neçə namizədlə iştirak etməsi geniş müzakirə edilib. Müzakirələrin sonunda partiyanın çoxsaylı namizədlərlə seçki prosesində iştirak etməsi məqsədəuyğun hesan olunmayıb və partiyanın seçkilərə tək namizədlə qatılmasına qərar verilib.

 

Komitə partiya sədrinin də fikrini nəzərə alaraq GAP sədri Ağasif Şakiroğlunun namizədliyini 8 saylı Binəqədi birinci seçki dairəsindən irəli sürməsinə qərar verib.

Tarix: 12 Dekabr 2019, 13:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin