Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Samuxda partlayış: Yaralanan var

1 705
Paylaş:
Samuxda partlayış:   Yaralanan var

Samux rayonunda elektrik yarımstansiyasının əməkdaşı yanıq xəsarətləri alıb.

Pravda.az-ın məlumatına görə, hadisə rayonun Ziyadlı kəndində qeydə alınıb.

1962-ci il təvəllüdlü Bayramov İslam Əlinağı oğlu bədənin 2-ci 3-cü dərəcəli yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstəyə lazımi tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

İlkin məlumata görə, xəsarət alan şəxs Bayramov İslam Samuxda elektrik yarımstansiyasının əməkdaşıdır. Hadisə zamanı həmin şəxs növbədə olub, təmir işləri aparan zaman partlayış baş verib.

Hadisənin başvermə səbəbləri araşdırılır.APA

Paylaş:

Ən son xəbərlər