Azərbaycanın İsveç Krallığındakı müvəqqəti işlər vəkili Günəş Rüstəmzadənin siyasi sığınacaq istəməsi barədə yayılan məlumatlara aydınlıq gətirlib.
Pravda.az-ın xəbərinə görə, G.Rüstəmzadə bu informasiyanı təxribat adlandırıb: “Bu təxribatdır. Mən hazırda öz iş yerimdəyəm. Başa düşmrəm kim və nə üçün belə dezinformasiyanı yayır?” –deyə o bildirib.
XİN-dən də bu məlumat təkzib olunub və informasiya diversiyası adlandırılıb.
Qeyd edək ki, bir neçə saat əvvəl sosial şəbəkədə Azərbaycan diplomatının sığınacaq üçün müraciət etdiyi barədə məlumat yayılıb.haqqın.az
Azərbaycanın İsveçdəki səfiri sığınacaq istəyib?