Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Elman Nəsirov: “Ermənilər bu müddət ərzində hansı qanunazidd əməllər törədiblər?”

1 422
Paylaş:
Elman Nəsirov: “Ermənilər bu müddət ərzində hansı qanunazidd əməllər törədiblər?”

“Ermənilər törətdikləri iyul təxribatı ilə məqsədlərinə nail ola bilmədilər. Düşünürəm ki, bir müddət sonra Nikol Paşinyan özü daha yaxşı hiss edəcək ki, iki illik fəaliyyətində bəlkə də ən böyük tarixi səhvinə imza atıb. Mənə elə gəlir ki, gələcəkdə Ermənistanı çox ciddi siyasi kataklizimlər gözləyir. Bu təxribat isə həmin kataklizimlərin bir katalizatoru olacaq”.

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Elman Nəsirov deyib.

E.Nəsirov vurğulayıb ki, vətəndaşlara dəyən ziyanın aradan qaldırılması fonunda dağıdılmış evlərin, yaşayış məntəqələrinin tam bərpa edilməsi reallaşdırılacaq: “İyulun 12-də Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanla sərhədin Tovuz istiqamətində hərbi təxribatı nəticəsində həm dövlət əmlakına, həm də mülki əhalinin əmlakına ziyan dəyib. Ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə həmin o ziyanın araşdırılması, öyrənilməsi və aradan qaldırılması ilə bağlı müvafiq tapşırıqlar verilib. Burada hesab edirəm ki, iki məqsəd var. Birinci məqsəd odur ki, cənab Prezident son çıxışlarında ATƏT-i və Minsk Qrupunu tənqid edərkən söylədi ki, onlar Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində iki dəfə olublar. ATƏT-in faktaraşdırıcı missiyası 10 il bundan qabaq iki dəfə işğal zonasında olub, ermənilərin barbar hərəkətlərini özündə ehtiva edən çoxsaylı faktlar toplayıb və bunu ictimailəşdirib. Amma üstündən 10 il keçməsinə baxmayaraq bir dəfə də olsun gəlib faktları araşdırıb üzə çıxarmayıblar. Yəni, ermənilər bu müddət ərzində hansı qanunazidd əməllər törədiblər? Nə qədər qeyri-qanuni məskunlaşma siyasəti həyata keçiriblər? – bunlar müəyyən edilməyib. Bu reallıq fonunda dövlətimiz Ermənistanın hərbi təxribatı nəticəsində dövlət əmlakına, mülki insanların əmlakına dəymiş ziyanın müəyyən edilməsi və bunu beynəlxalq ictimaiyyətin, beynəlxalq təşkilatların, ATƏT-in Minsk Qrupunun diqqətinə çatdırır. Bu, ATƏT-in faktaraşdırıcı missiyasının görə biləcəyi bir işdir. Amma onlardan səs-səda yoxdur və bunu Azərbaycan dövləti özü edir. Eyni zamanda Ermənistanın barbar hərəkətləri ifşa olunur.  İkinci məqsəd odur ki, dövlətimizin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı və onun sosial rifahı dayanır. Yəni dövlət hər zaman öz vətəndaşının yanındadır. Azərbaycan dövləti güclü dövlətdir, ona görə də dərhal vətəndaşlarımıza dəyən ziyanın aradan qaldırılması fonunda dağıdılmış evlərin, yaşayış məntəqələrinin tam bərpa edilməsi reallaşdırılacaq. Dövlətimiz bunu bir dəfə Cocuq Mərcanlıda göstərib. Cocuq Mərcanlı bu gün elə bərpa edilib ki, bunun simvolik mənası var. Yəni gələcəkdə işğaldan azad olunan torpaqlarımızda hər şey bərpa olunacaq”.Report

Paylaş:

Ən son xəbərlər